Ötən gün Azərbaycanda Rusiya vətəndaşının itkin düşməsi barədə məlumat yayılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, itkin düşdüyü deyilən Rusiya vətəndaşı əslində Azərbaycanı tərk edib:
“Aparılan araşdırma zamanı məlum olub ki, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanından Bakı-Moskva reysi ilə ölkəni tərk edib”.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az