Bu günlərdə Sumqayıt şəhərində Poeziya evində Aygün Cəfərovanın “Nəsimi yaradıcılğında folklor izləri” adlı kitabının işıq üzü görməsi münasibəti ilə tədbir keçirildi. Təsbirdə şair Rafiq Yusifoğlu, şair Əşrəf Veysəlli, Fərhad Nəhmədoğlu və bir çox yazarlar, şairlər və mədəniyyət işçiləri iştirak edirdilər. Tədbirin aparıcısı Eldar Xanlaroğlu ilk sözü Poeziya evinin direktoru şair İbrahim İlyaslıya verdi. İbrahim müəllim öz ürək sözlərini, təbriklərini müəllifə ünvanladı.
Fərhad Nəhmədoğlu çıxış edərək dedi ki, hazırkı dövrdə Nəsmini yaradıcılığına müraciət edənlər çox azdır. Bu da ondan irəli gəlir ki, Nəsimi yaradıcılığı bir dəryadır, bir dənizdir, onun dərinliklərinə hər adam, hər yazar baş vura bilmir. Aygün xanım bu çətin və ağır missiyanı üzərinə götürərək çox gözəl bir əsər yazıb ortaya çıxarmışdır. Onun bu addımı həqiqətətn təqdirəlayiqdir. Mən bu yolda ona uğurlar arzulayıram. Arzu edirəm ki, irəliləyən illərdə daha da sanballı əsərləri ilə oxucularını sevindirsin.
Aygün Cəfərova (Yaşar) Cəlilabad rayonunun Həsənli kəndində dünyaya göz açıb. Sumqayıt Dövlət Universitetini bitirib. İxtisasca filoloqdur. Gənc yazar indiyə kimi bir çox mükafatlara və diplomlara layiq görülmüşdü. Biz də öz növbəmizdə Aygün xanıma yaradıcılığında uğurlar arzulayırıq.
Lalə Fərhadqızı