Sivasda Türkiyə və Azərbaycan yazarları və şairlərinin Festivalı keçirildi.
ulusestv.az Atatv.az-a istinadən məlumat verir ki, Türkiyənin Sivas vilayətində Sivas Yazar və Şairləri Birliyinin böyük bir festivalı keçirilib.
20-22 iyul 2018-ci il tarixində keçirilən "10-cu Şairlər və Muzik" şöbəsinin festivalı, Sivas YŞB-nin festivalına Azərbaycandan da yazarlar, şairlər və xanəndələr qatılmışdır. Keçirilən Festivalda Sivas Valisi Davut Gül, Sivas Bələdiyyə Başkanı Sami Aydın və Bələdiyyə Başkan yardımcısı, Sivas Kültür və Turizm müdürü Kadir Pürlü, Kangal-Alacahan Vakfı Başkanı Aydın Genç, İstanbul Alacahanlılar Dərnəyi Başqanı Vahdet Şen. Sivas yazarlar və şairlər Dərnəyi Başkanı Bekir Alim, Sivas yazarlar və şairlər Dərnəyinin Azərbaycan təmsilçisi Aygün Hüseyn keçirilən tədbirin münsüflər heyyətində təmsil olunurdular.
Sivas yazarlar və şairlər Dərnəyinin Azərbaycan təmsilçisi Aygün Hüseyn ilk dəfə olaraq İraq Türkmən ədəbiyyatı şairlərini də bu festivala dəvət etmişdi.
Festivalda Türkiyənin əksər bölgələrindən təmsil olunan yazarlar və şairlər iştirak etmişlər. Bu Festivalda həmçinin Sivas yazarlar birliyinin 10-cu antioloji kitabının da təqdimatı olmuşdur. Bildirmək istəyirik ki, bu kitabın əsas meyyarı Türkiyə və Azərbaycanın yazar və şairlərinin birgə ərsəyə gətirdikləri yeni bir kitab nümunəsidir. Bu kitabda həm Türkiyə həmçinin də Azərbaycan yazar və şairlərinin yaradıcılıqları əks olunur.
Bu festivalın davamlı olaraq keçirilməsinə səbəb Türkiyə və Azərbaycanın yazar və şairlərini bir araya gətirməklə xalqlarımız arasında Ədəbiyyat sahəsindəki yaxınlaşmanın günü-gündən inkişafına hər cür dəstəyin verilməsinə yeni töhfələr verməkdir. Keçirilən tədbirdə Azərbaycandan getmiş şair ve xanəndələrin çıxışları dinlənilmişdir.
Xatırladaq ki, tədbirdə yazarlar və şairlər Tahirə Məğrur, Elmira Aslanxanlı, Həcər Mahmudova, Əziz Musa, Rafiq Süleymanov, Almaz Alıqızı Allahverdiyeva, Mehri Səfərli, İraq Türkmən şairi Abdul Kadir Dabbağoğlu, xanəndə Təyyar Mirzəyev ölkəmizi təmsil edənlər sırasında olublar.
Keçirilən festival Sivasın SRT kanalı vasitəsilə canlı yayımlanıb.