Bildirmək istəyirik ki, “İntellekt” Sərhədsiz Maarifçi Gənclər ictimai birliyi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz “Region gənclərinin təhsil və karyera imkanlarının artırılması” layihəsinin icrası artıq yekunlaşmışdır. Layihə çərçivəsində 2 qrupda olmaqla ölkənin müxtəlif universitetlərində təhsil alan və müsabiqə əsasında seçilmiş 40 nəfər (hər qrupda 20 nəfər) tələbə Lənkəran rayonunda 2 gün müddətində təlim proqramında iştirak etmiş, təlimin ikinci günü Astara və Lerik rayonlarında 10 məktəb şagirdləri ilə görüşərək təhsildə qazandıqları nailiyyətləri öz həyat təcrübələrində onlarla bölüşmüşlər.
Layihədə iştirak zamanı tələbələrin Lənkəran və Astara rayonunun tarixi və görməli yerlərini də tanımaq imkanı olmuşdur.
Layihənin keçirilmə məqsədi Region gənclərinin təhsil və karyera imkanları haqqında məlumatlılıq səviyyəsini artırmaqla onları elmi fəaliyyətə təşviq etmək və dolayısıyla onların cəmiyyətin formalaşmasında daha fəal insanlar kimi inkişaf etməsinə dəstək olmaqdır.