“İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən və Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olan “Region gənclərinin sahibkarlıq məktəbi” layihəsinin icrası uğurla başa çatıb.
İctimai Birlikdən bildiriblər ki, gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə reallaşdırılan layihə iki mərhələdə həyata keçirilib. İştirakçılar üçün müxtəlif bilik və bacarıqlara dair biznes təlimlər keçirilib. Təlimlərdə iştirakçılara biznes ideya əsasında planların təqdim edilməsi, SWOT təhlilin aparılması qaydaları izah olunub. İştirakçılar komandalara bölünərək qrup tapşırıqlarını yerinə yetiriblər.
Təlimlərdə tələbələrlə yanaşı, şəxsi biznesini yaratmaq istəyən gənclər də iştirak ediblər. Layihənin icrası zamanı fəallığı ilə seçilən gənclər təltif olunublar.
AZƏRTAC