Bu gün qardaşım oğlu Səfərli Əli Bəhruz oğlu tələbə adı qazandı. Mən bu münasibətlə Əli balamızın Baba və nənələrinə, ata-anasına, qardaşına və bütün qohumlarına göz aydınlıq verirəm. Əli sənə yenicə qədəm qoyduğun müstəqillik həyatında uğurlu və xoş günlər, yüksək zirvələr fəth etməyini arzu edirəm. İnşallah gələcəkdə dövlətinə, xalqına və millətinə layiqli övlad və məmur olasan. Hər bir uğurlarını bir əmi olaraq Kütləvi İnformasiya Vasitələrində işıqlandırmaq mənə borc olsun. Həm də sənin uğurlarına baxıb qurur duyaq. Bax sükanı həmişə belə saxla. Bizdə “ulusestv.az” xəbər portalı redaksiyası olaraq sənin timsalında da bütün tələbə adını qazananları təbrik edirik.
Baş redaktorun 1-ci müavini
Fərid Faiqoğlu