ulusestv.az xəbər portalının kollektivi xalqımıza, mübarək Qurban bayramı münasibətilə təbrik ünvanlayıb. Səmimi duyğularla zəngin olan həmin təbrik bu sözlərlə başlayır:
"Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri - Qurban bayramı münasibəti ilə, doğma və yaxınlarıyla bərabər, hər bir Azərbaycan vətəndaşına ən səmimi təbriklərimi çatdırır, ən xoş arzu və diləklərimi yetirirəm. Tanrı mərhəməti böyüklü-kiçikli heç kəsin üstündən əskik olmasın!".
Baş redaktor bu təbrikdə daha sonra Qurban bayramının əsas mahiyyətini açaraq, onun müqəddəsliyini vurğulayıb: "Bu bayram, doğrudan da, İslam dininin mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirir. Bu bayram, həm də Böyük Allah yolunda hər cür fədakarlığa hazırlığın, mənəvi kamilliyin, vəhdətin rəmzidir; Təşəkkül tapdığı gündən insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edib, cəmiyyətdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilib". Müqəddəs Qurban Bayramı münasibətilə arzu və istəklərini xalqımıza ürəkdən çatdırmağa çalışan təbrik müəllifi sonda qeyd edib: "Bu əziz günlərdə ən səmimi arzu və diləklərimi sizlərə yetirirəm.
Dünya müsəlmanlarının bu əziz günündə Uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə etməyinizi, Allah adına kəsdiyiniz qurbanların, gördüyünüz xeyirxah işlərin, dövlətimizin tərəqqisi və xalqımızın əmin-amanlığı üçün etdiyiniz duaların Tanrı dərgahında qəbulunu arzulayıram.
Bu mübarək bayram günlərində bir daha hamınıza Ulu Tanrıdan möhkəm cansağlığı, ailə xoşbəxtliyi, süfrənizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!".
Fərid Faiqoğlu