Goranboyda 30-dan çox xırdabuynuzlu heyvanı avtomobil vurub.
ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə gecə saatlarında Goranboy-Naftalan yolunda qeydə alınıb. Belə ki, çobanlar qoyunları yolun digər tərəfinə keçirən zaman “Mercedes” markalı minik maşını sürüyə çırpılıb. Qəza nəticəsində 20-ə yaxın heyvan tələf olub, 10 başdan artığı yaralanıb.
Faktla bağlı araşdırma aparılır.