Prezident İlham Əliyevin strateji düşüncəsi və sarsılmaz vətənpərvərliyi Azərbaycan siyasətinə yeni nəfəs gətirdi. Dövlət başçısı kadr siyasətinə münasibətdə mühafizəkar sterotipləri sındırdı və gənc kadrlara şans verdi, eyni zamanda qeyd etdi ki, Azərbaycanda təcrübə ilə gənclərin dinamizminin vəhdətini yaratmaq lazımdır.
09 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərə veriləcək saylı günlərimiz qaldı. Sizin problemlərinizi həll edəcək bir namizəd varsa 101 saylı Göygöl-Daşkəsən seçgi dairəsindən deputatlığa namizəd Məmmədov Səyavuş Vaqif oğluna dəstək olub ona öz səsinizi verməyinizi tövsiyyə edirəm. Əminəm ki, Səyavuş Məmmədov həmişə olduğu kimi Sizin yanınızda olub, problemlərinizin həllində əlindən gələnini əsirgəməyəcək. SƏYAVUŞ MƏMMƏDOVA YEKDİLLİKLƏ SƏS VERƏK!
Səyavuş Vaqif oğlu Məmmədov 01 dekabr 1977-ci ildə Qərbi Azərbaycanda anadan olmuşdur.
1994-cü ildə Göygöl rayonunda orta məktəbi, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə kredit” fakültəsini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsini bitirmişdir.
2000-2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda məsləhətçi kimi başlamışdır. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə çalışır. Ailəlidir, iki övladı var.
Bölgə müxbiri: Elşad Hüseynov