Şəfalı əllər
Bilmirəm ilk öncə necə söyləyim
Dəyərli birindən bəhs eyləyim
Şəfalı əllərdir şerimin adı
Maraqlı olacaq dinləyin ardı
Minlərlə insanın dərdinə dərman
Sanki bir möcüzədir göstərir zaman
Bəzən çarəsiz olduğun sanan
Yaşar həkimlə çoxdur sağalan
Ümidlə gələnlər sağalıb gedir
Xoş təbəssümlə alqışlar edir
TANRI səbəbkar kimi bəndə göndərir
Savabı əlbət gözəl insana gedir
Hələ çarə gözləyən çox insanlar var
Şəfalı əllərdən məlhəm gözləyən var
Yaşar həkimin savadı, gözəl qəlbi var
60 yaş nədir ki, irəlidə ömür var
Arzu edirəm ömür payınız
Çox gözəl yazılsın alın yazınız
TANRI nəsib etsin o gün də olsun
Qeyd edilsin yubileyiniz, 100 yaşınız
07.02.2020
Gülşən Eyvazova
Hörmətli Yaşar müəllim yubileyiniz münasibəti ilə “ulusestv.az” xəbər portalının rəhbərliyi və yaradıcı heyəti Sizi səmimi qəlbdən təbrik edir, yaradıcılığınızda yeni-yeni nailiyyətlər arzulayır, ən əsası Sizə uzun ömürlü cansağlığı arzulayırıq. Arzumuz budur ki, Sizi kollektivinizlə birgə 100 yaşınızı qeyd edək.