Hər bir xalqın, millətin varlığını təsdiq edən amillərdən biri Ana dilidir. Onun milli sərvəti , varlığını təsdiqi , kimliyidir . Azərbaycanın doğma dilidə Ana dilidir.
1995-ci ildə ilk milli konstitusiyamızda Az-can dili dövlət dili kimi qəbul edildi.Ulu öndərimiz Heydər Əliyev 2001-ci ilin iyul ayında Dövlət dilinin tətbiqi işinin təkminləşdirilməsi haqqında fərman imzalarndı.
21 Fevral Ana dili günü kimi qeyd olunur. Sumqayıt Şəhər 23 saylı tam orta məktəbində “Ana dilimiz kimliyimizdir” adlı tədbir keçirildi. Tədbirin iştirakçılarından direktor müavinləri Cahangirzadə Səbinə, Şahbazlı Lamiyə dilimizin keçdiyi inkişaf mərhələləri, dilimizin qorunması haqqında şagirdlrimizə məlumatlar verdilər. Sonra şagirdlər dil haqqında, dilimizin dövlətlər içərisindəki ən mühüm yeri haqqında danışdılar. Tədbir şagirdlərimizin Ana dilimiz haqqında dediyi şeirlərlə başa çatdı.
Lalə Fərhadqızı