Müəllim müqəddəsdir,bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb.
İndiki dövrdə-koronavirus bəlasının tüğyan etdiyi bu dövrdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür. Onlar şagirdlərini distant təhsilə cəlb edirlər.
Belə müəllimlərimizdən biri də Binəqədi rayonu 182 saylı tam orta məktəbin 2 A sinfinin ibtidai sinif rəhbəri Səbirə Səlimovadır.Bu karantin müddətində Səbirə müəllim öz şagirdlərinə online təhsil verir.
O, gecəsini gündüzünə qatıb tapşırıqların həllini videolara çəkərək şagirdlərinə başa salır. Canlı zəng edərək,şagirdləri sual-cavab edir və onlara imla yazdırır. Online testlər tərtib edib şagirdlərini sınaq etdirir.
Arzu edirik ki,tez bir zamanda millətimiz koronavirus bəlasindan qurtular, Səbirə müəllimin şagirdləri çox sevdikləri müəllimlərinə qovuşarlar.
Biz də öz növbəmizdə Səbirə müəllimə təşəkkür edirik.Var olsun belə müəllimlərimiz!
Şamil Cəfər