Dünyada baş vermiş COVİD-19 - pandemiya epedemiyası ilə əlaqədar yaranmış vəziyyət Azərbaycanda da insanların psixoloji gərginliyini artirmışdır.
Problemin həlli üçün psixoloji mariflənmə məqsədilə oxucularımıza müəyyən məlumatların çatdırmasına zəruru ehtiyac var.
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri olan Əbu-əli-İbn Sina xəstəlik haqqında belə söyləmişdir: “Hər xəstəliyin yarısı-təlaş, sağlamlığın yarısı-sakitlik, səbr isə sağalmanın başlanğıcıdır”!
İnsan qorxu (təlaş) və stress keçirəndə onun immun sistemi, yəni xəstəliyə tutulmamaq qabiliyyəti zəifləyir! Buna misal olaraq, İkinci Dünya müharibəsinin başlaması xəbərini eşidən insanların bir çoxu güclü qorxu stressindən irəli gələn müxtəlif şikayətlərlə (məs; ürəkdöyünmə, qusma, ishal, qızdırma, infarkt, insult və başqa kliniki əlamətlərlə) xəstəxanalara, həkimlərə müraciət etməyə başlamışlar! Hazırda Koronovirus pandemiyası ilə əlaqədar olaraq bir çox psixoloji immuniteti zəif olan adamlarda yuxarıda adı çəkilən simptom və şikayətlərin baş verməsi qaçılmazdır! Belə hallar insanlarda korona virusa yoluxma şübhəsi və qorxusu yaradır! Bu hal onlarada yalançı qorxu emosiyası yaradaraq həmin şəxslərin immun sistemini daha da zəiflədir! Beləliklə, İbn Sinanın dediyi fikir təsdiq edilir, yəni “Təlaş xəstəliyin yarısıdır” ifadəsi formalaşır.
Elmdə “Plasebo” adlanan bir prinsip mövcuddur ki, bəzi mənbələrdə bunu özü-özünə təlqin adlandırırlar. Başı ağriyan adama ağrıkəsici təsiri olmayan bir tabletka verilərsə, bir-neçə dəqiqədən sonra o ağrının keçdiyini söyləyir! Bunun əksinə olan proses isə “Nosebo” adlanır. Buna misal olaraq belə bir sınaq keçirilmişdir. Belə ki, bir qrup adamlara tabletka formasında adi qənd parçası verilərək bunun işlədici preparat olduğunu söyləmişlər. Nəticədə 10-15 dəqiqədən sonra onların demək olar ki, hamısında qarın nahiyyəsində sancı ilə bağırsaq diareyası yaranmışdır! Hazırki pandemiya ilə əlaqədar bir çox insanlarda nosebo təsiri yaranır!
Burada iki əsas istiqamətdə təsir mexanizmi işə düşür:
- Birinci olaraq insanda yüksək həssaslıq deyilən bir keyfiyyət mövcuddur ki, buna “ipoxondri” termini adı verilmişdir.Həssas insanlar heç bir material – yəni, əsaslı səbəbi olmadan, eşitdiyi sözün və ya hansısa ifadənin təsiri altında müxtəlif vəziyyətə düşə bilərlər!
- İkinci yerdə isə qorxu emosiyası durur; İnsan qorxu keçirəndə onun immun sistemi zəifləyir! Məlumdur ki, fiziki immunitet, yəni xəstəliyə tutulmamaq qabiliyyəti (tarixdə ilk dəfə 1763-cü ildə ingilis alimi Eduard Cenner tərəfindən tapılmışdır), infeksion xəstəlikləri keçirəndən sonra və ya xəstəliyə tutulmamaq üçün əvvəlcədən peyvənd edilməklə yaranır.
Nəzərə alsaq ki, “Psixoloji immunitet” adlanan bir immunitet də mövcuddur ki, bu psixoloji stabillik ilə əlaqədar olaraq əsasən psixosomatik xəstəlklərə qarşı müdafiə keyfiyyətini xarakterizə edir.
İbn Sina öz elmi işlərində bədəni (fiziki) və ruhu (psixoloji) harmoniyada saxlamağın vacibliyini vurğulamışdır .
Unutmayaq psixoloji immunitet zəifləyəndə xəstəliklərə yoluxma təhlükəsi arta bilər. İnsan qorxu və həyəcan kimi neqativ emosiyalarla yüklənərsə, onun psixoloji immuniteti zəifləyir və hətta, bu hal orqanizmin ümumi müdafiə potensialını itirməsinə qədər təsir edə bilər!
Hal hazırda yaranmış koronovirus pandemiyası bütün Yer kürəsi üzrə bütövlükdə insanlığın psixoemosional sferasına öz neqativ təsirini göstərərək insanlarda psixoloji immuniteti zəiflədir. Nəticədə ümumilikdə insanların immun sisteminin müdafiə keyfiyyətini aşağı salır. İbn Sinanın sözü ilə desək, təlaş və qorxu bu günkü pandemiyanın əmələ gəlməsinin yarısını təşkil edir!
İlk növbədə bütün insanlıq bu təlaşın və qorxu faktorunun qarşısının alınması üçün çalışmalı və mümkün olan yollardan istifadə etməlidir! Belə yollardan biri neqativ emosiya və keyffiyyətləri qidalandıran neqativ enerjini orqanizmdən çıxarmaqdan ibarətdir! Bu istiqamətdə, Məhəmməd peyğəmbərin (s.ə.s) təfsirlərindən birini Sizlərin diqqətinizə çatdırmaq istərdim: “Ailə üzvləri bir-biriləri ilə mehriban olanda onların dərdləri əl və ayaq barmaqlarının ucundan, ətlə - dırnağın arasından süzülüb, tökülüb gedər”.
Burada “dərdlər” ifadəsi altında neqativ informasiyalar, emosiyalar və onları qidalandıran neqativ enerjilər öz əksini tapır. Bunların orqanizmdən çıxarılmsı prosesinin reallaşması üçün təfsirdə deyildiyi kimi əsas şərtlərdən biri mehriban olmaqdır! İnsan tam bir varlıqdır! Ailə qurduqda sanki onlar enerji və informasiya cəhətdən birləşirlər və bu tamlıq daha da geniş sfera təşkil edir! Onların emosiyaları da vahid bir sferanın içərisində depolaşmış olur! Həmin sferanı, yəni psixoemosional sferanı təmizləmək üçün ilk növbədə mehribançılıq tələb olunur! Mehribançılıq olan yerdə sakitlik də olur! İbn Sinanın dediyi kimi- sakitlik sağlamlığın yarısıdır!
Indiki zamanda pandemiyadan yaranan psixoemosional gərginlikdən, daha dəqiq ifadə eləsək pandemiya panikasından qurtarmaq üçün səbr və təmkindən başlamaq lazımdır! İbn Sina: “səbr sağalmanın başlanğıcıdır”.
Məhəmməd peyğəmbərin (s.ə.s) hədislərindən birində buyrulmuşdur :-“Səbirsizlikdən və tənbəllikdən uzaq olun”.
İbn Sina fiziki hərəkətliliyi çox vacib hesab edirdi — “Hərəkətdə olan bədən müalicə tələb etmir”. Hal hazırda alimlər hipodinamiyanı (azhərəkətlilik) bir çox xəstəliklərin inkişafının əsas səbəblərindən biri kimi qiymətləndirir. Ona görə də karantin rejiminə riayət etməklə yanaşı hipodinamiyadan (tənbəllikdən) uzaq olmaq və aktiv həyat tərzi keçirmək lazımdır. Belə ki, hər gün səhər gimnastikası, idman hərəkətləri, yoqa, meditasiya ilə yanaşı elmi və bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq orqanizmdə depolaşan neqativ enerji və emosiyaların çıxarılmasında mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı qeyd etməliyəm ki, yuxu rejiminə də əməl etmək insan orqanizminin xəstəliklərə müqavimət gücünü artırır.
Ölkəmizdə mövcud vəziyyətlə əlaqədar dövlət səviyyəsində tətbiq olunan bütün tələb və tövsiyyələrə əməl etməklə fövqəladə vəziyyətə uyğun- sakit, səbirli və mehriban olmaqla təkcə Azərbaycana yox, bütövlükdə bəşəriyyətə bu mübarizə yolunda dəstək olmuş olarıq!
İnanıram ki, bu şərtlərə ciddi əməl eləsək tezliklə gözəgörünməz düşmənlə mübarizədə qələbə çalacağıq!
YAŞAR SADAY OĞLU İBADOV
Professor, “Alternativ psixologiya” Elminin müəllifi,
Oksford Universitetinin akademiki.