Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında bədbəxt hadisə baş verib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Murad Əhməd