“Yuventus”da 2019/20 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Turin klubunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Kriştiano Ronaldo birinci olub.
Qeyd edək ki, portuqaliyalı hücumçu A Seriyasında başa çatan mövsümdə 33 matçda 31 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.