Bu gün AÇ-2020-də yarımfinal mərhələsinə yekun vurulacaq. Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ikinci yarımfinal qarşılaşması İngiltərə və Danimarka yığmaları arasında baş tutacaq.
Londondakı “Uembli” stadionunda keçiriləcək qarşılaşmanı Niderlanddan olan Danni Makkeli idarə edəcək.
Qeyd edək ki, digər yarımfinal görüşündə İtaliya millisi İspaniya üzərində qələbə (1:1, penaltilərlə 4:2) qazanıb və finaldakı rəqibini gözləyir.
AÇ-2020
Yarımfinal
7 iyul
23:00. İngiltərə - Danimarka
Baş hakim: Danni Makkeli (Niderland).
London. “Uembli” stadionu.