“Dərhal top buraxdıq, amma sonra üstünlük qazandıq. Mübarizə apardıq”.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini deyib.
O, Avro-2020-nin finalında İngiltərə üzərində qazandıqları qələbədən danışıb: “Sonradan oyunun hakimi biz idik. Uşaqlar fantastikdir. Daha nə deyəcəyimi bilmirəm. Bütün azarkeşləri təbrik edirəm. Oyunda yaxşı oynayıb qalib gəldiyimiz üçün çox sevinirəm”.