Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Ulusestv.Az Oxu.Az-a istinadən xəbər verir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşəcək.
Seçmə mərhələdə qələbə üzünə həsrət qalan Canni De Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxacaq. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün mütləq qalib gəlməlidir.
Dublində ötən ay keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb. Tərəflər indi münasibətlərini Bakı Olimpiya Stadionunda aydınlaşdırmağa çalışacaq.
DÇ-2022-nin seçmə mərhələsi
Avropa zonası, A qrupu
VII tur, 9 oktyabr
20:00. Azərbaycan – İrlandiya
Baş hakim: Espen Eskas (Norveç)
Bakı Olimpiya Stadionu
1 Portuqaliya 5 4 1 0 11-4 13
2 Serbiya 5 3 2 0 12-7 11
3 Lüksemburq 4 2 0 2 5-8 6
4 İrlandiya 5 0 2 3 5-8 2
5 Azərbaycan 5 0 1 4 3-9 1
Qrupun digər görüşündə Lüksemburq öz meydanında Serbiya ilə qarşılaşacaq. Qrup lideri Portuqaliya isə yoldaşlıq oyununda Qətəri qəbul edəcək. Serblər qalib gəlsə, qrup liderliyi dəyişəcək.