• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan yığması Qətərə məğlub oldu

Tarix : 28-03-2021, 10:25 Oxunub : 191 Bölmə :gundem / idman / ust / manset
Azərbaycan yığması Qətərə məğlub oldu
Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşıb.

Macarıstanın Debretsen şəhərində keçirilən oyunda Qətər yığması qalib gəlib.

Hesabı 16-cı dəqiqədə millimiz açsa da, Qətər yığması 55 və 58-ci dəqiqədə ardıcıl iki qol vuraraq yekunda qələbə qazanmağı bacarıb.Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 2:1

Qollar: Al Haydos, 55 (pen.), 58 - Ramil Şeydayev, 16 (pen.)

22:17

Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Macarıstanın Debretsen şəhərində keçirilən oyunda hesab dəyişib.

Qətər yığması 55 və 58-ci dəqiqədə ardıcıl iki qol vuraraq hesabda önə keçib.

Hazırda hesab 2:1 rəqibin xeyrinədir.

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 2:1

Qollar: Al Haydos, 55 (pen.), 58 - Ramil Şeydayev, 16 (pen.)

22:05

Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Macarıstanın Debretsen şəhərində keçirilən oyunda ikinci hissə başlayıb.

Yığmamız ilk yarını öndə bitirib. Qarşılaşmanın 16-cı dəqiqəsində Ramil Şeydayev penalti zərbəsindən fərqlənib.

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 0:1

Qol: Ramil Şeydayev, 16 (pen.)



21:48

Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Macarıstanın Debretsen şəhərində keçirilən oyunda ilk hissə başa çatıb.

Yığmamız ilk yarını öndə bitirib. Qarşılaşmanın 16-cı dəqiqəsində Ramil Şeydayev penalti zərbəsindən fərqlənib.

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 0:1

Qol: Ramil Şeydayev, 16 (pen.)



21:18

Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Macarıstanın Debretsen şəhərində keçirilən oyunda hesab açılıb.

Yığmamız hesabda önə keçib. Qarşılaşmanın 16-cı dəqiqəsində Ramil Şeydayev penalti zərbəsindən fərqlənib.

Hazırda qarşılaşmada ilk hissə davam edir.

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 0:1

Qol: Ramil Şeydayev, 16 (pen.)



21:04

Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Qarşılaşma Macarıstanın Debretsen şəhərində keçirilir.

Hazırda oyunda ilk hissə davam edir, hesab açılmayıb.

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 0:0



20:21

Beynəlxalq yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək Azərbaycan yığmasının start heyəti açıqlanıb.

Millimiz meydana aşağıdakı “11-lik”lə çıxacaq:

1. Emil Balayev (k), 5. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşqın, 22. Tellur Mütəllimov, 19. Təmkin Xəlilzadə, 16. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Qətər millisinin də heyəti məlumdur:

1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Əhməd Elamin, 16. Khoukhi, 15. Basam El Ravi, 7. Əhməd Allaeldin, 23, Assim Madibo, 20. Abdulsalam, 4. Məhəmməd Vaad, 10. Al Haydos (k), 19. Almoez Ali

Bu gün Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA DÇ-2022-yə ev sahibliyi etdiyi üçün seçmə mərhələdən azad olan Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib.

Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

09:19

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini Qətər yığması ilə sınayacaq.

Qarşılaşma Macarıstanın Debretsen şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qətər yığması DÇ-2022-nin ev sahibi olduğu üçün seçmə mərhələdən azad olması səbəbindən Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edilib, amma bu komanda ilə matçlar hazırlıq xarakteri daşıdığı üçün qrupda xal bölgüsünə təsir etmir.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

Azərbaycan yığması Qətərlə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesabı bitib, 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Beynəlxalq yoldaşlıq oyunu

21:00. Qətər - Azərbaycan

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Bu gün DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibləri oynayacaq

    Bu gün DÇ-2022-nin seçmə mərhələsində millimizin ...

    27-03-2021, 10:16

  • Şeydayev yenə kənarda qaldı

    Şeydayev yenə kənarda qaldı ...

    2-12-2019, 08:43

  • “Barselona” – “Real” oyununda dörd qol

    “Barselona” – “Real” oyununda dörd qol ...

    7-05-2018, 08:37

  • Qurban Qurbanovun komandası yenə qələbə qazana bilmədi

    Qurban Qurbanovun komandası yenə qələbə qazana ...

    28-03-2018, 08:52

  • Azərbaycan - İran oyununda 6 qol - FOTO

    Azərbaycan - İran oyununda 6 qol - FOTO ...

    24-01-2018, 08:54



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

    Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!