İtaliya millisinin sabiq futbolçusu Antonio Kassanonun səhhətində ciddi problemlər yaranıb.
Bir müddət öncə koronavirusa yoluxan veteran hücumçunun vəziyyəti ağırlaşıb. Onun xəstəxanaya yerləşdirildiyi bildirilib.
Futbolçunun Milad bayramı zamanı COVID-19-a yoluxduğu və hazırda Genuyadakı San-Martino xəstəxanasında müalicə aldığı qeyd olunub.
Mənbə:Oxu.Az