İngiltərə Premyer Liqasında çıxış edən “Nyukasl” və “Aston Villa” “Liverpul”un müdafiəçisi Co Qomesi öz sıralarına cəlb etməyə çalışır. Hər iki klubun rəsmi nümayəndələri 24 yaşlı futbolçunun vəziyyətini izləyir və danışıqlara başlamaq üçün “mersesaydlılar”ın razılığını gözləyir.
Qeyd edək ki, 2021-2022-ci il mövsümündə C. Qomes “Liverpul”un heyətində 13 matçda iştirak edib.
Futbolçunun transfer dəyəri 25 milyon avro məbləğində qiymətləndirir.
Mənbə:Oxu.Az