UEFA Çempionlar Liqasının qrup mərləhəsinin son turunun oyunları keçirilib.
“Qalatasaray” öz meydanında “Portu”ya 2:3 hesabı ilə uduzub.
Meydan sahiblərinin heyətində Sofiane Feqhouli (45) və Eren Derdiyok fərqlənib (65). Oyunun 67-ci dəqiqəsində Feqhouli penalti zərbəsini vura bilməyib. Qonaqların qollarını isə Felipe (17), Moussa Mareqa (42 pen.) və Sercio Oliveyra (57) vurub.
Bununla da İstanbul klubu Çempionlar Liqası ilə vidalaşıb. Qrupda üçüncü yer tutan "Qalatasaray" Avropa Liqasında mübarizə aparacaq.Digər oyunda isə “Şalke” öz meydanında Moskva “Lokomotiv”ini minimal hesabla məğlub edib.