Fevralın 10-da İspaniya La Liqasının 23-cü turunun növbəti oyunları keçirilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Barselona" səfərdə "Atletik Bilbao" komandasının qonağı olub. Gərgin keçən görüşdə hesab açılmayıb.
Qeyd edək ki, cari mövsümdə Katalonya təmsilçisi ardıcıl olaraq ikinci dəfə heç-heçə edir. İyirmi ikinci turda "Barselona" "Valensiya" qarşılaşması bərabərliklə başa çatıb (2:2). "Barselona"nın əzəli rəqibi "Real Madrid" isə fevralın 9-da "Atletiko Madrid" klubu ilə qarşılaşıb. Görüş "kral" klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər oyunlarında növbəti hesablar qeydə alınıb:
"Real Valladolid" - "Villyareal" - 0:0;
"Xetafe" - "Selta Viqo" - 3:1;
"Espanyol" - "Rayo Vallekano" - 2:1;
"Girona"-"Hueska" - 0:2;
"Leqanes"-"Real Betis" - 3:0;
"Valensiya"-"Real Sosyedad" - 0:0;
"Sevilya"- "Eybar" - 2:2.