Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 15-ci turun açılış matçında "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
15:00. “Zirə” – “Sabah” - 2:0
Qollar: Ağabala Ramazanov, 45+2, Riçard Qadze, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu