FIFA koronavirus pandemiyasından sonra bərpa ediləcək çempionatlarda əvəzetmələrin sayının müvəqqəti artırılmasına razı olub.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklifi təsdiqlədikdən sonra qərar qüvvəyə minəcək. Oyun zamanı 5 futbolçu əvəzlənə biləcək.
Bu qərar 2021-ci ilin dekabrın 31-dək tətbiq ediləcək.