Binəqədi polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qadın saxlanılıb.
DİN-dən verilən məlumata görə, oğurluq hadisəsi ötən il dekabrın 31-də rayon ərazisindəki köşklərin birində qeydə alınıb.
Köşkdən 3800 manat dəyərində tütün məmulatı, danışıq kartları, qulaqlıqlar və müşahidə kameraları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məhərrəmova saxlanılıb.
“Qafqazinfo”