Bakı Metropolitenində oğurluq hadisəsi baş verib.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, hadisə metronun “28 May” stansiyasında qeydə alınıb.
Martın 3-də stansiyanın platformasında Masallı rayon sakini A.Əhmədovanın çantasından içərisində 80 manat və sənədləri olan pulqabı oğurlanıb.
Əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Niyazov saxlanılıb.