• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?

kriminal / manset

19-06-2026, 11:36

“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Son vaxtlar Bakıda və paytaxt ətrafındakı yollarda motosikletlərin sayının çoxalması müşahidə edilir. Bu səbəbdəndir ki, motosikletlərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayında da artım var.

“Qafqazinfo”nun məlumatına görə, bəzi hallarda bu hadisələrin ağır nəticələrə səbəb olması motosikletlərlə bağlı məsələnin günbəgün ciddiləşdiyini göstərir. Son olaraq Bakı-Sumqayıt yolunda 2008-ci il təvəllüdlü Zəhra Mehdizadənin düşdüyü qəza gündəmi zəbt edib. Rəsmi məlumatda onun sürücülük hüququ olmamasının vurğulanması mövzunu daha da aktuallaşdırır.

Kiçik bir araşdırma göstərir ki, Bakıda yeniyetmə və gənclər arasında motosikleti təbliğ edən çoxsaylı səhifələr, eləcə də təlim yerləri mövcuddur. Özünü “akademiya” adlandıran bu təlim yerlərində yeniyetmələrə motosikletlə tanışlığa şərait yaradılır və onlara sürücülük təlimi keçirilir. Ekstrim və adrenalin həvəsində olan bir çox yeniyetmələrin bu istiqamətə yönəlməsi başadüşülən olsa da, məsələnin müvafiq olaraq qanunlarla tənzimlənməsi və nəzarətdə saxlanılması zəruridir.

Fotoda: Qəzada həlak olan Zəhra Mehdizadə

Nəqliyyat üzrə ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynov saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda ikitəkərli nəqliyyat vasitələri qanunvericiliklə 3 qrupa bölünüb: “Birinci və ən bəsit qrup sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin qeydiyyatının tələb olunmadığı nəqliyyat vasitələridir. Bu qrupa velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri daxildir. Amma onları da idarə etmək üçün yol hərəkəti qaydalarını bütövlükdə mükəmməl bilməlidirlər, yola hazırlaşıb çıxmalıdırlar.

İkinci qrup mopedlərdir ki, bu ildən həmin nəqliyyat vasitələri də artıq dövlət qeydiyyatına alınmalıdır, onların da dövlət qeydiyyat nişanı olmalıdır. Üstəlik, moped sürənlərin də sürücülük vəsiqəsi olmalıdır. Belə ki, qanunvericiliyə əsasən minimum 16 yaşı tamam olmuş şəxslər moped idarə etmək üçün A1 altkateqoriyalı sürücülük vəsiqəsi əldə edə bilərlər. Onlar üçün də yol hərəkəti qaydaları motosikletdəki kimi eynidir - bütün yol hərəkəti qaydalarını yaxşı bilməli və əməl etməlidirlər.

Üçüncü qrup isə motosikletlərdir. Motosikletlər mexaniki nəqliyyat vasitələri hesab edilirlər. Onlarla hərəkətə daha ciddi yanaşılmalıdır. Bizim qanunvericilik sürücülük hüququ əldə etmək baxımından motosikletləri iki qrupa bölür. Mühərrikin həcmi 125 kub/santimetrədək və elektrik mühərriklidirsə, gücü 11 kilovatta qədər olan motosikletləri idarə etmək üçün sürücünün 16 yaşının tamam olması kifayətdir və onlara A1 altkateqoriyalı vəsiqə kifayət edir. Amma mühərrikinin iş həcmi 125 kub/santimetr və ya 11 kilovattdan artıq olan motosikletlər üçün isə sürücünün 18 yaşının tamam olması və A ketqoriyasına sahib olması vacibdir”.

Ərşad Hüseynovun sözlərinə görə, motosikletləri idarə edən şəxslərə dair qanunvericilikdə tələblərə gəlincə, həm BMT-nin müvafiq sazişi, həm də Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslərin hər kateqoriya üzrə müəyyən edilmiş sağlamlıq tələbləri mövcuddur. Vəsiqə almaq üçün imtahana gedəndə mütləq sağlamlıq arayışı da təqdim edilməlidir. Digər tələb isə sürücülük üçün müraciət edən şəxslərin nəzəri bilikləridir ki, bunun üçün də imtahan verilir. Hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsindən təhlükəsiz istifadə qaydalarını bilməlidir. Sürücü öz hüquqi məsuliyyəti və həkiməqədər ilkin tibbi yardımın qaydaları barədə ümumi məlumatlı olmalıdır.

Hüquqşünas qeyd edib ki, qanunvericilik 14-15 yaşlı yeniyetmələrə moped və ya motosiklet idarə etməyi öyrənməyi qadağan etmir: “Sadəcə bu məsələdə bəzi incəliklər var ki, həmin məqamlara təcrübədə təəssüf ki, o qədər də əməl edilmir. Məsələ odur ki, bizim qanunvericilik 14 yaşlı şəxsə avtomobil idarə etməyi öyrətməyi də qadağan etmir. Lakin belə texnika ilə uşaqlar heç bir halda yola çıxa bilməzlər. Əgər onların yaşı tələb olunan həddə çatmayıbsa, yola çıxa bilməzlər. Bir çox kurslar da bu məqamdan istifadə edərək, sürücülük üçün yaş həddinə çatmayan şəxsləri öyrətmək üçün cəlb edirlər. Birinci o deyilməlidir ki, siz yola çıxa bilməzsiniz. İlkin olaraq vurğulanmalıdır ki, təhlükəsizlik qaydalarını öyrənməlisiniz, sürücülük üçün imtahan verməlisiniz. Yeniyetmələrə izah edilməlidir ki, bu tələblər formal deyil ki, onu pozanlar cərimə olunurlar. İzah edilib, başa salınmalıdır ki, bu, həyati əhəmiyyətlidir, həyati təhlükəsizliklə bağlıdır.

Motosiklet idarə etmək istəyənlərə isə bir qədər fərqli təlimlər keçirilməlidir. Lakin təəssüf ki, bizdə iki cür təlim istiqaməti var. Onlardan biri sırf sürücülük imtahanından keçmək üçün olan təlimlərdir. Yəni adam getsin sürücülük imtahanından uğurla keçsin. Onun praktiki tərəfində həmişə boşluqlar olur. Həmin adamlar gəlib yolda çətinliklər çəkirlər. İkinci istiqamət isə odur ki, bəzən 13-14 yaşlı uşaqlara təcrübə olaraq nəqliyyat vasitəsi idarə etməyi öyrədirlər. Həmin yeniyetmə və ya gənc öyrəndiyi nəqliyyat vasitəsini çox rahat idarə etməyi bacarır, amma onun nəzəri biliklərində boşluqlar olur, təhlükəsizlik üçün təsəvvürləri, demək olar ki, olmur. Yolda təhlükəsiz sürmək, başqaları ilə təhlükəsiz davranmaqla bağlı bilik və davranışları, demək olar ki, olmur. Həmin adamlar çox təhlükəli sürüş manevrləri edirlər, çünki özlərini çox məharətli hesab edirlər. Təəssüf ki, bu şəxslərin düşdüyü bəsit bir qəza şəraiti bəzən faciə ilə bitir. Göründüyü kimi, hər iki istiqamətdə boşluqlarımız var. Ona görə də bu iki istiqamət bir-birini tamamlamalıdır. Həm nəzəri, həm də praktiki tərəfi paralel olaraq öyrədilməlidir. Bunu öyrədərkən və ya öyrənərkən hər kəs yaxşı bilməlidir ki, bu qaydalar boşuna yazılmayıb və mövcud olan şərtlərdə ən yaxşısıdır. İnsanlar mənimsəməlidir ki, niyə sağdan ötmək olmaz, niyə sürət rejimini pozmaq olmaz, niyə piyadaya yol verilməlidir, işıqfor niyə var, nişan nə üçündür. Bundan sonra təcrübədə icra qaydaları aşılanmalıdır”.

Ərşad Hüseynov əlavə edib ki, motosiklet avtomobillə müqayisədə daha təhlükəli nəqliyyat vasitəsidir: “Bunu kimisə qorxutmaq üçün demirik. Əslində motosikletlərin nəqliyyat vasitəsi kimi xeyli üstünlükləri var. Daha dinamikdir, daha az yanacaq işlədir, daha ucuz qulluq tələb edir, saxlanması, daşınması rahatdır və sair. Amma kiçik bir nöqsanda, yanlışlıqda ağır hadisələr də yaşana bilər. Bu baxımdan təhlükəli tərəfləri də var ki, bu səbəbləri də iki yerə bölmək olar. Birinci səbəb odur ki, avtomobildən fərqli olaraq motosikletlərdə sürücünü qoruyacaq təhlükəsizlik elementlərinə malik deyil. Yalnız sürücünün və sərnişinin dəbilqədən istifadəsi məcburidir. Bundan başqa, təhlükəsizlik qövsi var ki, məsələn, motosiklet qəzaya uğrayanda sürücü və sərnişin yana yıxılanda onların ayağı əzilməsin. Müşahidələr göstərir ki, bəziləri həmin qövsi açıb atırlar, heç bilmirlər, o nəyə xidmət edir. Bir də çox bahalı motosikletlərdə sürücülərə yardım edə biləcək müxtəlif sistemlər var ki, bu da çox bahalı motosikletlərdə olur.

Bundan başqa, bildirim ki, motosikletin tarazlığı onu idarə edən şəxsin əzələ gücünün hesabına saxlanılır. Sürücü bunu bacarmalıdır, bilməlidir ki, sükan arxasında yanlış hərəkət, qolunun səhv hərəkəti, oturuşundakı səhvlik aşmaya səbəb ola bilər. Bütün bunları öyrətmək lazımdır. Nəyə görə avtomobilə magistral yolda 110-la hərəkətə icazə verilir, amma motosikletlərə 90 kilometr/saatdan artıq qəti icazə yoxdur. Səbəb də budur. Çünki motosikletlərin təhlükəsizlik sistemləri yoxdur. Hər şey sürücünün əzələsindən, bacarığından asılıdır. Bəzən gənclər kinolarda, hansısa süjetlərdə gördüyü hərəkətləri, driftləri təkrar etmək istəyir, bunu adi vəziyyətdə edə biləcəklərini düşünürlər. Amma bilmirlər ki, bu hərəkətləri cəmiyyətdə etmək olmaz. Həm özlərinin, həm də digərlərinin həyatına təhlükə yaradırlar. Bu hərəkətləri yalnız peşəkar idmançılar xüsusi təhlükəsizlik zonalarında edə bilirlər və şou xarakteri daşıyır”.

Aslan Vəliyev

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

gundem / manset

11-03-2023, 10:46

Bakı-Sumqayıt yolunda ölümsaçan qanunsuz sərnişindaşıma: Çıxış yolu nədir?

gundem / ust / manset

30-06-2023, 12:23

Azərbaycanlı yeniyetmə futbolçular Barselonada təlim keçəcəklər

kriminal / manset

15-07-2025, 12:01

16 yaşlı oğlanın motosikletlə vurduğu qadın öldü

sosial / manset

23-05-2023, 08:44

Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

gundem / manset

18-04-2024, 09:53

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir?

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 12:18
    Şimşək, leysan... - Faktiki hava
  • Dünən, 12:13
    Əməkdar artist qaydaları kobudcasına pozdu - Video
  • Dünən, 12:08
    Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
  • Dünən, 12:04
    ADSEA-nın süni intellekt əsaslı rəqəmsal siması Aysu təqdim olundu - Video
  • Dünən, 11:41
    İcra başçısının sürücüsü qəzada öldü
  • Dünən, 11:09
    Bu 3 faktor demensiyanı 13 il gecikdirir
  • Dünən, 11:05
    “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”
  • Dünən, 11:00
    Tatarıstanda matəm elan edildi
  • Dünən, 10:56
    Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş
  • Dünən, 10:44
    Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
  • 9-08-2026, 13:51
    İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi
  • 9-08-2026, 13:45
    Xərçəng bədəninə yayılır - Oğlu danışdı
  • 9-08-2026, 13:41
    Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
  • 9-08-2026, 12:01
    Türkiyədə zəlzələ oldu
  • 9-08-2026, 11:57
    Kanalda batan Aminin meyiti tapıldı
  • 9-08-2026, 11:53
    Tezliklə “Barselona”nı tərk edə bilər - Vitse-prezident açıqladı
  • 9-08-2026, 11:49
    İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
  • 9-08-2026, 11:45
    “Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
  • 9-08-2026, 11:30
    Məhəmməd Qulamov: “Həyatda ən böyük dəstəyim Atam və rejissor Rövşən İsax olub”
  • 8-08-2026, 16:42
    Araz Əhmədov haqqında danışanlara bir sözüm var: əvvəl tanıyın, sonra danışın!
  • 8-08-2026, 16:20
    Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
  • 8-08-2026, 15:14
    “Azərbaycanın qələbəsi Ermənistanın müstəqilliyini möhkəmlətdi”
  • 8-08-2026, 14:59
    Xanımının doğum günündə vəfat edibmiş...
  • 8-08-2026, 14:50
    “Prezident İlham Əliyev müharibəni qazandı, həm də sülhü qazandı!”
  • 8-08-2026, 14:40
    FHN silsilə tədbirlər keçirdi
  • 8-08-2026, 14:33
    “Azərbaycanın təklif etdiyi prinsiplər Qafqazın inkişafına yeni imkanlar yaradır”
  • 8-08-2026, 14:20
    Əziz Ağakişi balam, ad günün mübarək!
  • 8-08-2026, 14:13
    Vəkil İlqar Həmidov həbs edildi
  • 8-08-2026, 14:09
    Ravil Tağıyev vəzifəsindən azad edildi
  • 8-08-2026, 14:04
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 13:50
    “Vaşinqton razılaşmasında Trampın rolu kifayət qədər böyükdür”
  • 7-08-2026, 12:49
    ARDNF-dən Perunun ən böyük şirkətinə investisiya
  • 7-08-2026, 12:45
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • 7-08-2026, 12:01
    Baş Prokurorluq ər-arvadın dəhşətli ölümü ilə bağlı - Məlumat yaydı
  • 7-08-2026, 11:40
    Dəqiqədə 700 min dollardan çox qazanıblar…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə