Sabunçu rayonunda 27 yaşlı oğlan bıçaqlanıb. Hadisə Ramana qəsəbəsində baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Balakişiyev Fəqan Teyyub oğlu qonşusu tərəfindən bıçaqlanıb.
Sağ kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.