Ağstafa sakini əmisini və həmkəndlisini güllələyib.
ulusestv.az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Köçəsgər rayonunda baş verib. 30 yaşlı Sərxan Məmmədov münaqişə zəminində əmisi, 1968-ci il təvəllüdlü Qabil Məmmədova kürək nahiyəsindən ov tüfəngi ilə atəş açıb.
Q.Məmmədovun yanında olan kənd sakini Yusif Əllacov da xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.