Yevlax şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yerinə FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunublar.
Xilasedicilər mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Muxtarov Nizami İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.