Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobili Saray qəsəbəsi ərazisindən qaçırılıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə polisə məlumat daxil olub. Hadisə mayın 2-də saat 22 radələrində qeydə alınıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıblar.
Araşdırma aparılır.