Şirvanda qız atasını qətlə yetirib.
ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə hadisə, M.Araz küçəsində baş verib.
Belə ki, şəhər sakini 1977-ci il təvəllüdlü Əkbərova Mirsəkinə Nadir qızı atası, 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlu ilə, aralarında yaranan mübahisə zamanı atasını balta ilə qətlə yetirib.
N.Əkbərovun meyti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şirvan rayon şöbəsinə təhfil verilib.
Qeyd edək ki, atasını qətlə yetirən qadın ruhi xəstədir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.