Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün ermənilərin Tərtərdə qəbristanlığı atəşə tutması nəticəsində 3 mülki şəxsin həlak olması və 3 nəfərin ağır yaralanmasına münasibət bildirib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, öz tivitter hesabında bununla bağlı paylaşım edib. Bildirib ki, Ermənistan humanitar barışığın arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür.
“Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”, - deyə H. Hacıyev qeyd edib.