ABŞ Dövlət katibi Mayk Pompeo bu həftə Belçikaya səfər edəcək.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, vəzifəsindən getməsinə bir həftə qalmış NATO Baş katibi Yens Stoltenberq və Belçika Baş nazirinin müavini, xarici işlər naziri Sofi Uilms ilə görüşəcək.
“Dövlət katibi ABŞ ilə Belçika arasındakı dərin və daimi tərəfdaşlığı təkrarlamaq və ABŞ-ın NATO-ya qeyd-şərtsiz dəstəyini ifadə etmək üçün 13-14 yanvar tarixlərində Belçikanın paytaxtı Brüsselə səfər edəcək”, - deyə ABŞ Dövlət Departamentinin açıqlamasında vurğulanıb.
Qeyd edək ki, ABŞ-ın yeni Prezidenti Co Baydenin yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimi ilə Pompeonun Dövlət Katibi vəzifəsinə son qoyulacaq.