• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Şanlı Qələbəmiz bizim tarixi nailiyyətimiz və tarixi zəfərimizdir

gundem / manset

12-11-2024, 15:05

Şanlı Qələbəmiz bizim tarixi nailiyyətimiz və  tarixi zəfərimizdir
8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq bu tarixin üç əsas qəhrəmanıdır.
Bu tarixi Zəfərlə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdirdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu, qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Tarixi Zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır.
Artıq 4 ildir ki, Müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.
30 il ərzində Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad olunmağa başladı. Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olunmuşdur.
“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”, - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Dövlətimizin başçısı hələ vaxtilə böyük uzaqgörənliklə vurğulamışdır: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik”.
44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində düşmən məğlub oldu və ötən ilin sentyabrındakı bir günlük lokal antiterror aksiyasindan sonra isə 30 ildən çox işğal altında qalmış torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Şanlı Qələbəmizin əbədiləşdirilməsi, müharıbədə əsgər və zabitlərimizin şücaətini əyani göstərmək məqsədi ilə 2021-ci il aprelin 12-də Bakıda, Dənizkənarı Milli Parkın ərazisində Hərbi Qənimətlər Parkının açılışı oldu. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olmuş tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Bakı sakinləri, eləcə də şəhərimizin qanaqları bu parkı ziyarət edərəkVəhət müharıbəsində düşmənə məxsus texnikaların necə məhv edildiyini əyani şəkildə görürlər.
Bu il noyabrın 8-də isə Bakıda Zəfər parkı açılışı olub. Zəfər parkında - şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Müasir üslubda inşa edilən tağ əzəmətliliyi ilə göz oxşayır. Simvolik olaraq tağın hündürlüyü 44 metr, sütunlarının da sayı 44-dür. Həmin gün abidənin açılışını edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də xalqımıza müraciət edib. Qeyd edilib ki, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.
Ölkə başçısı bildirdi ki, “Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik”. əlavə olaraq bildirilib ki, "2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb”.
Cənab Prezident öz müraciətində bir sıra məsələlərə də toxunub. Bildirib ki, “Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir”.
Erməniztan və onun havadarları bilməlidirlər ki, ölkəmiz bundan sonra da güclənəcəkdir. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib və bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şanlı Qələbəmiz bizim tarixi nailiyyətimiz və  tarixi zəfərimizdir


Oxunub: 56
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

4-11-2023, 08:00

Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir

gundem / manset

18-01-2023, 07:30

20 Yanvar-Azərbaycan xalqının unudulmaz tarixi

gundem / siyaset / ust / manset

7-11-2023, 18:10

Əsrin SƏRKƏRDƏSİ - 44 günün tarixi qələbəsi

gundem / ust / manset

8-11-2024, 11:41

Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev tarixi zəfəri xalqımıza yaşatdı-Könül Nəbizadə

gundem / ust / manset

4-11-2023, 08:00

8 Noyabr - Zəfər Günü tarixə milli qürurumuzun təntənəsi kimi yazıldı

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 14:03
    Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib
  • Bu gün, 13:37
    Leyla və Alena Əliyevalar festivalda
  • Bu gün, 13:24
    6 milyard dollar İrana qaytarılır
  • Bu gün, 13:17
    “Bu dünya bir igid gördü” sənədli povestindən döyüşçü xatirələri...
  • Bu gün, 12:54
    İyunun son günü hava necə olacaq?
  • Bu gün, 12:50
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Bu gün, 12:14
    Tapdıq Əlibəyli - 65
  • Bu gün, 12:09
    HACI QULİYEV – CƏMİYYƏTƏ XİDMƏTİ -HƏYAT MƏRAMINA ÇEVİRƏN İNSANIN DOĞUM GÜNÜDÜR
  • Bu gün, 11:21
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Bu gün, 11:18
    Ukrayna konstitusiyasına dəyişiklik ediləcək
  • Dünən, 12:38
    Venesuelaya 5 milyon avro ayırdılar
  • Dünən, 12:34
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Dünən, 12:31
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Dünən, 12:27
    Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
  • Dünən, 12:04
    FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
  • Dünən, 12:00
    Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
  • Dünən, 11:42
    Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
  • Dünən, 11:33
    DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
  • Dünən, 11:25
    Hüquqşünasın gündəliyi: Bir uşağın cavabı
  • 27-06-2026, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • 27-06-2026, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • 27-06-2026, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • 27-06-2026, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • 27-06-2026, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • 27-06-2026, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • 27-06-2026, 11:52
    Tapdıq Əlibəyli - 65
  • 27-06-2026, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • 27-06-2026, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
  • 27-06-2026, 11:30
    “Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”
  • 27-06-2026, 11:25
    Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
  • 27-06-2026, 11:16
    Putin miqrantlarla bağlı qanunu imzaladı
  • 26-06-2026, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • 26-06-2026, 17:19
    Qalib gəldi ədalət!
  • 26-06-2026, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • 26-06-2026, 15:53
    Qalib ordunun şanlı salnaməsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə