• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Layihədə bu məsələlər kifayət qədər ətraflı tənzimlənməyib”

siyaset / manset

30-06-2026, 13:36

“Layihədə bu məsələlər kifayət qədər ətraflı tənzimlənməyib”
“Layihədə elektron sağlamlıq kartında məlumatların saxlanılması nəzərdə tutulsa da, həmin məlumatlara hansı dövlət orqanlarının və hansı əsaslarla çıxış əldə edə biləcəyi, məlumatların saxlanma müddəti, onların qorunması mexanizmləri, habelə qanunsuz istifadəyə görə məsuliyyət məsələləri kifayət qədər ətraflı tənzimlənməyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən bugünkü iclasında “Psixiatriya yardımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Nəzərə alınmalıdır ki, psixi sağlamlıqla bağlı məlumatlar xüsusi kateqoriyalı şəxsi məlumatlar hesab olunur və onların mühafizəsi daha yüksək hüquqi təminat tələb edir.

Layihədə bir sıra müddəalarda istifadə edilən “dərhal məlumat verilir” ifadəsi də, hesab edirəm ki, hüquqi müəyyənlik baxımından konkretləşdirilməlidir. Bu anlayışın dəqiq vaxt meyarı ilə müəyyən edilməməsi praktikada müxtəlif yanaşmalara səbəb ola bilər. Bu baxımdan hesab edirəm ki, məlumatın, məsələn, “3 saatdan gec olmayaraq” və ya “24 saat ərzində” təqdim edilməsinin qanunda dəqiq göstərilməsi məqsədəuyğun olardı.

Həmçinin, layihədə digər pasiyentlərin və şəxsin özünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə təcrid tədbirinin tətbiqi nəzərdə tutulsa da, həmin təcridin maksimum müddəti, uzadılması qaydası, həkim komissiyası tərəfindən yenidən qiymətləndirilməsi və bu proses üzərində nəzarət mexanizmi müəyyən edilməyib. Bu məsələlərin qanunvericilikdə əks etdirilməsi insan hüquqlarının müdafiəsi baxımından əlavə təminat yaradardı.

Layihədə prokurorun məlumatlandırılması və müəyyən qərarlar qəbul etməsi ilə bağlı müddəalar nəzərdə tutulsa da, həmin qərarların forması, onlardan şikayət verilməsi qaydası və məhkəmə nəzarətinin həyata keçirilməsi mexanizmi tam şəkildə tənzimlənməyib. Bu məsələlərin dəqiqləşdirilməsi hüquqi müəyyənliyin təmin olunmasına xidmət edər.

Bundan əlavə, layihədə təhlükəsizlik tədbirlərinin tətbiqi geniş şəkildə tənzimlənsə də, pasiyentin hüquqlarının qorunmasına dair əlavə təminatların nəzərdə tutulması da məqsədəuyğun olardı. Xüsusilə hüquqi yardım almaq, vəkil cəlb etmək, yaxın qohumları ilə əlaqə saxlamaq, psixoloji dəstək almaq və qəbul edilmiş qərarlardan şikayət vermək hüquqlarının ayrıca vurğulanması qanunun insan hüquqlarına əsaslanan balanslı tətbiqini təmin edər.

Layihənin daha da təkmilləşdirilməsi məqsədilə elektron sağlamlıq kartının tətbiqi, məlumatların qorunması, onlara çıxış qaydaları, audit mexanizmi və kibertəhlükəsizlik tələblərini tənzimləyən ayrıca normanın əlavə edilməsi də məqsədəuyğun olardı.

Eyni zamanda, məcburi hospitalizasiya edilən şəxslərin müəyyən müddət keçdikdən sonra müstəqil psixiatr tərəfindən təkrar müayinəsinin nəzərdə tutulması da səhv diaqnoz və ya əsassız məhdudiyyət riskinin azaldılmasına xidmət edər.

Bundan başqa, psixiatriya müəssisələri ilə məhkəmələr arasında elektron məlumat mübadiləsi sisteminin yaradılması qərarların icrasını sürətləndirə və sənəd dövriyyəsinin operativliyini artıra bilər.

Həmçinin, məcburi hospitalizasiya, məcburi müayinə və təcrid tədbirləri üzrə anonim statistik məlumatların hər il ictimaiyyətə açıqlanmasının nəzərdə tutulması qanunun tətbiqinin effektivliyinin qiymətləndirilməsinə və gələcək qanunvericilik islahatlarının əsaslandırılmasına kömək edər”, - deputat qeyd edib.

Nuranə Daxilqızı

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

sosial / manset

14-07-2025, 13:20

Xüsusi icra məmurları ilə bağlı yeni qanun

siyaset / manset

21-06-2025, 14:23

“Müdafiə haqqında” Qanunda nə dəyişdirilir?

iqtisadiyyat / manset

22-06-2023, 14:24

Məmməd Abbasbəyli: “Dövlət satınalmaları sahəsində kifayət qədər problemlər var”

dunya / manset

14-11-2023, 09:52

Norveçli deputat oğurluq və psixi sağlamlıqla bağlı problemlərini etiraf edib

gundem / ust / manset

13-06-2023, 12:02

Deputat qazilərə verilən avtomobillərdə cərimələrin silinməsini təklif edir

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə