Azərbaycanda koronavirusa yoluxma sayının bölgələr üzrə son statistikası açıqlanıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hələ də liderlik Bakıdadır. Lakin son günlər paytaxta düşən pay artaraq 56.2 faiz olub.
İkinci ən çox yoluxma 15.8 faizlə Abşeron bölgəsindədir.
Yoluxma Aranda 10.2, Gəncə-Qazaxda 6.4, Lənkəranda 4.3, Quba-Xaçmazda 1.9, Dağlıq Şirvanda 1.7, Şəki-Zaqatalada 1.7, Yuxarı Qarabağda isə 1 faiz təşkil edir.
Ölkə xaricindən gələnlərdə virusa yoluxma 0.8 faizdir. Naxçıvan Muxtar Respublikasında isə göstərici 0.04 faizdir.