“FLO” ayaqqabı mağazalar şəbəkəsi, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən rəşadətli Ordumuza dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat ianə edib.
Silahlı qüvvələrimiz, 30 ildir düşmən işğalında olan torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində uğurlu əməliyatlar həyata keçirir. Hazırda, Azərbaycan xaqlının hər bir üzvünün ürəyi cəbhədəki igid oğullarımızın ürəyi ilə birgə döyünür.
Silahlı qüvvələrimiz Vətənimizin ərazi bütövlüyü uğrundan cəbhədə sözün əsl mənasında tarix yazır. Şanlı Ordumuz, dəyanətliklə, mətnliklə düşmənə sarsıdıcı zərbələr endirir.
Tezliklə Mübariz Ordumuzdan növbəti zəfər xəbərlərini eşidəcəyimizə tam əminik.
Qələbə bizimlədir!
Qarabağ Azərbaycandır!
"Qafqazinfo"