Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cəbhəyanı rayonlarda 650 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunublar.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən daxil olan məlumata görə, onların əksər hissəsini şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, digər kateqoriyalara aid əlilliyi olan şəxslər, məcburi köçkünlər, çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edib.
Verilmiş aktivlər hesabına onların ailə təsərrüfatları yaradılıb.
Yeni təsərrüfat sahibləri xalqımızı möhtəşəm qələbələrə doğru aparan Prezident, Ali Baş Komandan İlham Əliyevlə, onun rəhbərliyi ilə qüdrətli Ordumuzun əldə etdiyi zəfərlərlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.
Ümumilikdə bu il özünüməşğulluq proqramı əsasında ölkə üzrə 2200-dən çox şəxs aktivlərlə təmin olunub. Proqram çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması işləri davam edir.