Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Gəncəyə raket hücumu ilə bağlı narahatlığını bildirib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə o, tvitterdəki səhifəsində yazıb.
“Mən keçən il Azərbaycan dilini öyrəndə iki həftə Gəncədə qaldım və ona görə də Gəncədəki son hadisələr məni sarsıtdı. Həlak olanların və yaralananların ailələrinə səbr diləyirəm”, - britaniyalı diplomat bildirib.