Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən noyabrın 7-si gecə saat 00:00-dan noyabrın 9-u səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, 9 noyabr (bazar ertəsi) Dövlət Bayrağı Günü qeyri-iş günü olmasına baxmayaraq müntəzəm və ekspres xətlər üzrə avtobuslar sərnişinlərimizin xidmətində olacaq.