Çində son sutka ərzində 21 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 273-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 422 xəstə sağalıb.
Ölkədə 215 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.