Çində son sutka ərzində daha 14 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 729-a çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.
Ümumilikdə 80 850 xəstə sağalıb. Ölkədə 245 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.