Çində son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 381-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 433 xəstə sağalıb.
Ölkədə 314 aktiv koronavirus xəstəsi var ki, onlardan da 1-nin vəziyyəti ağır qiymətləndirilir.