Abşeronda 18 yaşlı gənc oğlan bıçaqlanıb.
“Report”un məlumatına görə, Xırdalan şəhərində 2005-ci il təvəllüdlü Qafar Abbasov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazunun kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.