• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Azyaşlı şagirdlər də STEAM tədrisinə cəlb olunacaq” - Müsahibə

sosial / manset

18-10-2024, 10:33

“Azyaşlı şagirdlər də STEAM tədrisinə cəlb olunacaq” - Müsahibə
Artıq 5 ildir ki, Azərbaycanda təhsil müəssisələrində STEAM metodologiyası tətbiq edilir. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini özündə birləşdirən bu təhsil metodu müasir dünya problemlərini həll etmək üçün interdissiplinar bir yanaşma hesab olunur. Hər il XXI əsr bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən ənənəvi STEAM festivalı COP29 ərəfəsində ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının hazırlanmasının təşviqi məqsədilə “Beynəlxalq Yaşıl SAF 2024” layihəsini reallaşdıracaq.
“Qafqazinfo” bu ərəfədə “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovla həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik:
- Ölkəmizdə 30-dan çox STEAM mərkəzi var, bu layihə 400-ə yaxın məktəbi əhatə edir. Şagirdlərin bu prosesə marağı necədir? Bu 5 il ərzində qazandıqlarımızı analiz etsək, vəziyyəti necə qiymətləndirmək olar?
- Biz qarşıya qoyulan hədəflərə istədiyimiz şəxsiyyəti yetişdirəndə çatacağıq. İstədiyimiz şəxsiyyət isə düşünən, sual verən, istehsal edə bilən, istehsaldan sonra öz məhsulunu bazara çıxara bilən şəxsdir. Bunun üçün konsepsiya hazırlamalı, iqtisadiyyatın nəyi tələb etdiyini və nəyə ehtiyacı olduğunu müəyyənləşdirməliyik. Bunu bir çox xarici ölkələrin təcrübəsində müşahidə edirik. Məncə, uzunmüddətli hədəflərə çatıb-çatmadığımızı bilmək üçün bir neçə il gözləməliyik. Biz ancaq bir neçə il sonra deyə bilərik ki, 2020-ci ildə prosesə cəlb etdiyimiz 6000 şagird hansı sahələrə yönəlib. Layihəyə başladığımız insanlar hələ maliyyə bazarında, ölkə iqtisadiyyatında hansısa rol oynamır.
- Bilirik ki, STEAM şagirdlərin bacarıqlarını üzə çıxarmağa yönəlmiş layihədir. Layihənin genişləndirilməsi, ümumiyyətlə, yeniliklər nəzərdə tutulubmu?
- 2019-2020-ci tədris ilindən başlayaraq Azərbaycanda STEAM təhsil metodologiyası tətbiq edilir. Bilikləri və bacarıqları bir araya gətirən bu təhsil metodu müasir dünya problemlərini həll etmək üçün interdissiplinar bir yanaşmadır. Hazırda STEAM 4-9-cu sinifləri əhatə edir. Növbəti ildən isə 3-cü sinifdə tətbiqi ilə bağlı müzakirələr aparılır. STEAM metodologiyasının təhsilalanlarda XXI əsr bacarıqlarını formalaşdırdığını nəzərə alsaq, gələcəkdə prosesin bütün siniflərdə keçirilməsi arzuolunandır. Hər il proqramlarımızı təkmilləşdiririk. Artıq demək olar ki, pilot layihə səviyyəsindən, yəni layihənin ilk tətbiqə başlamasından və 41 məktəbdə təxminən 6000 şagirdi əhatə etməsindən 5 il ötməsinə baxmayaraq hazırda STEAM məzmunu 240 000-dən çox şagird üçün əlçatandır.
- Bir müddət əvvəl də müsahibənizdə bildirmişdiniz ki, STEAM təhsilin bütün pillələrini əhatə etməlidir. Məktəbəqədər təhsildə STEAM-in nə vaxtdan tətbiqi planlaşdırılır?
- Hazırda dövlətin təhsil siyasəti səriştə əsaslı təhsilə keçid etmək istiqamətində qurulur. Bununla bağlı kurikulum dərsliklər yazılır və bir sıra başqa işlər görülür. STEAM proqramlarının məzmunu səriştə əsaslı təhsildən bəhrələndiyi üçün güman edirik ki, növbəti illərdə daha azyaşlı şagirdlər də bu tədrisə cəlb olunacaq.
- Gələcəkdə 10-11-ci siniflərin də STEAM-ə qoşulması üçün hansısa addımlar atıla bilərmi?
- Biz təklif edirik ki, xüsusi STEAM təmayüllü siniflər yaradılsın və 10-11-ci sinif şagirdləri arasından seçimlər edək, marağı olan şagirdləri həmin siniflərə cəlb edək. Onları avadanlıqlarla təmin edək, beynəlxalq yarışlara göndərək və mütəxəssis kimi hazırlayaq. Mən əminəm ki, gələcəkdə bu şagirdlərin arasından çoxlu STEAM mütəxəssisləri olacaq.
- Artıq bəzi universitetlərdə də STEAM mərkəzləri yaradılıb. Gələcəkdə ali təhsil müəssisələri ilə bağlı hansı planlarınız var?
- STEAM Azərbaycan layihəsinin dəstəyilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin bazasında STEAM mərkəzi yaradılıb, avadanlıq və məzmunla bağlı dəstək göstərilib, universitetin dosent və professor heyəti bununla bağlı STEAM-də təcrübə keçib. Hazırda ADPU-nun beş fakültəsində seçmə fənn kimi STEAM əsaslı öyrənmə tətbiq edilir. Keçən ildən bu fənn Riyaziyyat, İnformatika, Fizika, Kimya və Bilogiya fakültələrində tətbiq edilir. Bütün universitetlər müasir çağırışlar fonunda bu metodologiyanın tətbiqində aktiv olmalıdırlar.
- İnnovativ həll yollarından danışmışkən, sizcə, hansı peşələr bir neçə ildən sonra aktuallığını itirə bilər? Tətbiq etdiyiniz layihə gələcəkdə ali məktəblərdə hansısa ənənəvi fakültələrin sıradan çıxmasına səbəb ola bilərmi? Belə olan halda hansı yeni fakültələr yarana bilər?
- Bu sualın cavabı elmi-texniki tərəqqinin inkişafına bağlıdır. Hər ötən il dünyada yeni texnologiyalar, süni intellektin yeni formaları yaradılır və beləliklə bir çox ixtisasa olan tələb də öz aktuallığını itirir. Yaxın gələcəkdə ölkəmizdə elmi-texniki tərəqqinin inkişafında böyük dəyişikliklər olması labüddür. Bu da bəzi ixtisasların ləğvinə və yeni ixtisasların yaranmasına gətirib çıxarır və biz buna hər bir halda hazır olmalıyıq.
- STEAM həm də şagirdlərin mühəndislik bacarıqlarına yiyələnmələrinə, onların öz hazırladıqları məhsulların bazara çıxarmaları və reallaşdıra bilmələri ilə bağlı yardımçı olur. Siz bu layihədən konkret mühəndislik bacarıqları ilə bağlı hansı mənzərəni gözləyirsiniz?
- STEAM-in əsasını layihə əsaslı öyrənmə təşkil edir. Əgər layihə varsa, sonda məhsul da var. Məhsul varsa, bunu bazara çıxartmaq qabiliyyəti də olmalıdır. Buna görə də biz şagirdlərə sahibkarlıq, maliyyə savadlılığı, əməkdaşlıq və s. bacarıqlarını öyrədirik. Mühəndislik bacarıqlarına gəldikdə isə bütün bu layihələrin əsasında kodlaşdırma, rəqəmsallaşma və s. bacarıqlar durduğu üçün bütün hallarda məhsulun hazırlanması üçün mühəndislik bacarığı mütləqdir. Hazırda ölkədə tətbiq olunan STEAM proqram-modullarından biri də “Mühəndislik dizayn” prosesidir.
- İstəyərdik, bir neçə gün sonra baş tutacaq Green STEAM Azərbaycan Festivalı ilə bağlı danışasınız. Bu festivalla bağlı planlarınız nədir?
- Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Həmçinin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsi məqsədlər sırasındadır.
Bu il artıq 4-cü dəfə keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2024) 8 yarış və 1 sərgi-yarış kateqoriyası üzrə yarışlar təşkil olunacaq.
Kateqoriyalara “H2 Grand Prix PRO- Hidrogen maşınların yarışı”, “FlyTech- Dron texnologiyaları”, “CubeSaT- Bizim peykimiz”, “VEX IQ Competition- Robotların mübarizəsi”, “VEX Robotics Competition- Robotların mübarizəsi”, “VidX- Kinematoqrafiya”, “Engineers of Future- Gələcəyin mühəndisləri”, “Green initiatives- Yaşıl təşəbbüslər” və “EcoCoding- Yaşıl kodlaşdırma” daxildir.
Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər xarici ölkə komandaları da yarışacaqlar.
Qeyd etmək istərdim ki, STEAM təhsil metodu 5 əsas disiplinin birgə təşkilidir. Bu metod elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Bizim əsas məqsədimiz STEAM Azərbaycan Festivalını brendləşdirib, dünya ölkələrinə tanıtmaqdır. Bunun əhatəliliyini artırmaq və ixracını reallaşdırmaq təhsil sahəsində atılacaq ən böyük addımlardan biri olacaqdır. Məsələn, dünyada bir çox festivallar hər il müxtəlif ölkələrdə təşkil olunur. Güman edirik ki, STEAM Azərbaycan Festivalı da növbəti illərdə daha irimiqyaslı, yəni daha çox iştirakçı ilə müxtəlif ölkələrdə keçiriləcək.

Oxunub: 93
Paylaş:
Digər xəbərlər

gundem / manset / Təhsil

16-12-2023, 12:50

Azərbaycan Müəllimlərinin XVI Qurultayının ikinci günü keçirilir

gundem / manset

29-04-2024, 16:26

Yaşil energetikaya keçidin Azərbaycan modeli

gundem / ust / manset

7-07-2024, 16:53

“Yaşıl dünya naminə həmrəylik ili”ndə imkanlar kənd gənclərinə doğru

gundem / ust / manset

7-08-2023, 18:48

Şəmkirdə Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin yeni binasının açılışı olub

gundem / ust / manset

2-05-2024, 13:23

COP-29: Azərbaycan – iqlim problemlərinə və imkanlarına baxış

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:03
    ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
  • Dünən, 20:59
    Kənd təsərrüfatı milli iqtisadi potensialın genişlənməsində mühüm rol oynayır
  • Dünən, 17:14
    İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Dünən, 17:09
    Bir sıra məhkəmələrə yeni təyinatlar oldu (SİYAHI)
  • Dünən, 17:05
    Bakıya diametri 4 mm olan dolu düşdü
  • Dünən, 16:08
    Salam, Torpaq Kişilər...
  • Dünən, 15:20
    Adın şərəflidir sənin ey ATA!
  • Dünən, 14:43
    Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
  • Dünən, 14:01
    Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
  • Dünən, 13:55
    Tibb, hüquq, maliyyə üzrə təhsili olmayan blogerlərə qadağa!
  • Dünən, 13:50
    Vaqif Əliyevlə bağlı "Neftçi" FK rəhbərliyinə və digər qrumlara MÜRACİƏT OLUNACAQ
  • Dünən, 13:47
    Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı nəyi dəyişəcək?
  • Dünən, 12:50
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən
  • Dünən, 12:29
    Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəldi
  • Dünən, 12:26
    Qadınlar ən çox bu sahədə maaş alır
  • Dünən, 11:41
    Azərbaycanda yeni universitet yaradılacaq
  • Dünən, 11:37
    ABŞ ordusu İranın raket məntəqələrinə zərbələr endirib
  • 25-05-2026, 20:22
    Tapdıq Əlibəyli- 65
  • 25-05-2026, 19:13
    Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
  • 25-05-2026, 18:58
    İsmayıl Zalov: Hüquq, ədalət və dövlətçilik prinsiplərinin müdafiəsində
  • 25-05-2026, 18:36
    İsmayıl Zalov beynəlxalq media görüşündə: Azərbaycanın hüquqi sistemi, demokratik inkişafı və insan hüquqları ilə bağlı suallara ətraflı cavablar
  • 25-05-2026, 13:53
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən - Astarada bir ağsaqqal yaşayır...
  • 25-05-2026, 12:12
    “CityNet TV” kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
  • 25-05-2026, 12:09
    Messi DÇ öncəsi zədələndi
  • 25-05-2026, 12:06
    Qəbulun II cəhdinə qeydiyyat başlayır
  • 25-05-2026, 12:03
    Prezident İordaniyanın Kralını təbrik etdi
  • 25-05-2026, 11:59
    İranda daha bir edam icra edildi
  • 25-05-2026, 11:50
    Məşhur tennisçi rus rəqibi üzərində qələbədən sonra Kiyevə hücuma görə ağladı
  • 25-05-2026, 11:32
    Azərbaycan axtarışa verdiyi Osman Kaya Gürcüstanda tutuldu - Nədə ittiham olunur?
  • 25-05-2026, 11:24
    Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
  • 25-05-2026, 11:13
    Hava xəbərdarılığı: Bakıda və Abşeronda intensiv yağış yağacaq
  • 25-05-2026, 11:09
    600 milyon manat: Problemli kreditlər niyə artır? - Səbəblər və risklər
  • 25-05-2026, 10:58
    Qurban bayramı ilə bağlı fətva verildi
  • 24-05-2026, 17:40
    HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
  • 24-05-2026, 16:06
    23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə