[img=left]https://ulusestv.az/uploads/posts/2025-09/1758515380_5.jpg[/img
Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “Qafqazinfo”ya verilən məlumata görə, bu, qismən Günəş tutulmasıdır.
Tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.