
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib.
Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 21 min tondan çox taxıl (bugünkü 488 ton daxil olmaqla) göndərilib.