• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

AZAL doqquz ayda 14,1 min reys həyata keçirib

sosial / manset

13-10-2026, 10:57

AZAL doqquz ayda 14,1 min reys həyata keçirib
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2026-cı ilin ilk doqquz ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, yanvar-sentyabr aylarında aviaşirkət ümumilikdə 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib.

Onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib. Bakı üzərindən transfer edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 419 min nəfərə çatıb.

Hesabat dövründə ən intensiv gün 15 avqust olub. Həmin gün rekord sayda - 72 reys həyata keçirilib. Dövrün yekunlarına əsasən, aviaşirkətin müntəzəm marşrut şəbəkəsi 55 istiqaməti əhatə edib.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə doqquz ay ərzində təxminən 3,2 min reys həyata keçirilib və 650 minə yaxın sərnişinə xidmət göstərilib. Bu marşrut üzrə ən intensiv gün 15 iyun olub və həmin gün 25 reys icra edilib.

Cari ilin doqquz ayında AZAL marşrut şəbəkəsinin genişləndirərək Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlara başlayıb. Həmçinin Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlara aviabiletlərin satışı başlayıb.

Hesabat dövründə sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni rəqəmsal həllər də tətbiq olunub. Təyyarə göyərtəsində POS-terminallar vasitəsilə nağdsız ödəniş imkanı yaradılıb. Onlayn ödəniş seçimləri genişləndirilib “Uzum Bank” ilə əməkdaşlıq çərçivəsində “HUMO” və “UZCARD” kartları, həmçinin “Alipay” və “WeChat Pay” ödəniş sistemləri inteqrasiya edilib. Aviabiletlərin hissə-hissə ödənilməsi imkanı da təqdim olunub.

Sərnişinlərə “Stopover” xidmətini onlayn sifariş etmək imkanı yaradılıb, həmçinin “Rental Car” avtomobil icarəsi xidməti istifadəyə verilib. Bununla yanaşı, əlavə baqajın onlayn alınması imkanları genişləndirilib və reyslərin ləğvi kimi hallarda aviabiletlərin onlayn qaytarılması imkanı yaradılıb.

Bu dövr “Azərbaycan Hava Yolları” üçün beynəlxalq nailiyyətlərlə də əlamətdar olub. Aviaşirkət “Skytrax World Airline Awards 2026” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb, “PAX International Readership Awards 2026” mükafatlarında isə MDB üzrə ən yaxşı uçuşdaxili əyləncə və bağlantı xidmətləri nominasiyasında qalib olub. Aviaşirkətin müsbət iş mühitinin yaradılması istiqamətində fəaliyyəti də “Great Place to Work®” sertifikatı ilə qiymətləndirilib. Bu nailiyyətlər aviaşirkətin xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişin təcrübəsinin təkmilləşdirilməsi və müsbət korporativ iş mühitinin formalaşdırılması istiqamətində səylərini əks etdirir.

“Azərbaycan Hava Yolları” uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və sərnişinlərə təqdim olunan xidmətlərin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

7-06-2025, 10:43

AZAL Qurban bayramı ilə əlaqədar Bakıdan Naxçıvana reyslərin sayını artırdı

gundem / manset

4-06-2025, 11:26

Bu il İrəvandan Bakıya və əks istiqamətə neçə reys həyata keçirilib?

maraqli / manset

7-08-2024, 12:49

Bakı hava limanı yeni rekorda yaxınlaşır

sosial / manset

7-08-2025, 12:02

AZAL İranın iki şəhərinə uçuşlara başlayır

sosial / manset

18-12-2023, 09:42

Duman səbəbindən ertələnmiş reyslərin sərnişinləri Naxçıvana çatdırıldılar

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 16:58
    Deputat Məşhur Məmmədov fermerlərin müdafiəsinə yönələn təkliflə çıxış etdi
  • Dünən, 14:24
    ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
  • Dünən, 13:43
    ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
  • Dünən, 12:28
    Leyla və Alyona Əliyevalar konsertdə
  • Dünən, 12:22
    Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq
  • Dünən, 12:11
    Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
  • Dünən, 12:03
    Jestləri ilə gündəm oldu
  • Dünən, 11:41
    Kudo üzrə yeganə dünya çempionumuz ikinci dəfə Avropa çempionu oldu
  • 17-11-2026, 13:16
    “10%-lik vergi fermerlərin işini çətinləşdirə bilər”
  • 17-11-2026, 13:11
    “Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
  • 17-11-2026, 12:17
    Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
  • 17-11-2026, 12:09
    8 aylıq hamilə qadın öldü
  • 17-11-2026, 12:04
    “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • 17-11-2026, 11:59
    İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
  • 17-11-2026, 11:55
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • 17-11-2026, 11:47
    Orxan Məmmədov Çay Üzü kəndində səyyar qəbul keçirdi - Fotolar
  • 17-11-2026, 10:48
    Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • 17-11-2026, 10:42
    Vyanada Azərbaycan icmasının yeni hədəfləri müzakirə olundu
  • 17-11-2026, 10:35
    BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman müəllim: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, AZƏRBAYCANÇILIQ RUHUNUN, MİLLİ HƏMRƏYLİYİN VƏ MÜSTƏQİLLİK ƏZMİNİN BAYRAMI
  • 17-11-2026, 10:34
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • 16-11-2026, 21:29
    Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
  • 16-11-2026, 15:25
    Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
  • 16-11-2026, 15:20
    SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
  • 16-11-2026, 11:10
    “Əks halda bu vəzifə Torala həvalə olunacaq”
  • 16-11-2026, 11:06
    Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur - Rəsmi
  • 16-11-2026, 11:00
    Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - Video-Yenilənib
  • 16-11-2026, 10:53
    Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
  • 16-11-2026, 10:45
    Yataqxanada meyiti tapılan Elvira ilə bağlı - ATU-dan açıqlama
  • 16-11-2026, 10:39
    Bu ərazilərə qar yağır
  • 16-11-2026, 10:25
    Avtobusla piyadanı vurub öldürdü
  • 16-11-2026, 10:21
    Almaniya Niderlanda, Yunanıstan Serbiyaya qarşı
  • 16-11-2026, 10:18
    Oğurluq edənlər saxlanıldı
  • 16-11-2026, 10:14
    Məktəblərdə payız tətili başladı
  • 15-11-2026, 18:11
    DAVUD QÜDRƏTOV – İNSAN SAĞLAMLIĞINA XİDMƏTİ ÖZÜNƏ MƏSULİYYƏT BİLƏN HƏKİM RƏHBƏR!
  • 15-11-2026, 14:22
    İranın Trampa qarşı sui-qəsd cəhdi planlaşdırdığı bildirilir - KİV
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə